Yuxarı

Gömrükçülər avtomobildə gizlədilən heroin, metamfetamin və marixuana, cibdə isə "beşbarmaq" aşkar ediblər

​İrandan Azərbaycana gələn maşında narkotik aşkarlandı

27

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan Azərbaycana idarə etdiyi "AZSAMAND" markalı, 99-KB-158 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə gələn Azərbaycan vətəndaşı Abdullayev Xoşbəxt Abdulla oğlu saxlanılıb. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Sorğu-sual zamanı vətəndaş avtomobildə və üzərində gömrük nəzarətindən gizlədilən və ya mütləq bəyan ediləsi heç bir predmetin olmadığını bildirib.

Lakin kinoloji xidmət itinin tətbiqi ilə keçirilən baxış zamanı xidməti it avtomobilin tavanına və yük yerinə reaksiya verib. Bunun ardınca, rentgen qurğusu ilə baxış zamanı monitorda avtomobilin tavanının ön hissəsində şübhəli cizgilər müşahidə edilib.

Daha sonra Abdullayev Xoşbəxt Abdulla oğlunun idarə etdiyi minik avtomobili əsaslı yoxlanılıb.

Nəticədə, avtomobilin tavanının ön hissəsində, tavana çəkilmiş üzlüyün altında - üzlüklə metal lövhənin arasına yerləşdirilərək gizlədilmiş, "kopirovka" deyilən kağıza və gümüşü rəngli falqaya bükülmüş 6 ədəd plastik butulka aşkara çıxarılıb.

Həmin butulkalardan 3 ədədində qablaşdırılmaları ilə birgə ümumi çəkisi 1120 qram təşkil edən narkotik vasitə - heroin, digər 3 ədəd butulkada isə qablaşdırılmaları ilə birgə ümumi çəkisi 679 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Bununla belə, yoxlama davam etdirilib və avtomobilin yük yerindəki ehtiyat təkərin yanında, kibrit qutusunda qablaşdırılması ilə birgə çəkisi 3 qram olan narkotik vasitə - marixuana aşkar olunub.

Daha sonra isə Abdullayev Xoşbəxt Abdulla oğlunun üzərində şəxsi yoxlama zamanı gödəkçəsinin cibindən metaldan hazırlanmış və soyuq silah hesab edilən "beşbarmaq" aşkara çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi