İran vətəndaşı Azərbaycanda mağaza satıcısına qarşı dələduzluq edib

İran vətəndaşı Azərbaycanda mağaza satıcısına qarşı dələduzluq edib İran vətəndaşı Azərbaycanda mağaza satıcısına qarşı dələduzluq edib.
Hadisə
2 Oktyabr , 2019 09:14
İran vətəndaşı Azərbaycanda mağaza satıcısına qarşı dələduzluq edib

İran vətəndaşı Azərbaycanda mağaza satıcısına qarşı dələduzluq edib.

“Report”un xəbərinə görə, hadisə sentyabrın 29-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində baş verib.

Belə ki, həmin gün İran vətəndaşı, 1968-ci il təvəllüdlü Naserpour Alıreza Ahmed oğlu Ceyranbatan qəsəbəsində yerləşən Rəşad Salmanovun satıcı işlədiyi tikinti malları mağazasına gəlib. O, R.Salmanovun əlində olan 5000 manat pula baxmaq bəhanəsi ilə alıb. Daha sonra İran vətəndaşı həmin pulun 2300 manatını satıcıya qaytarıb, 2700 manatı isə dələduzluq yolu ilə ələ keçirib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsi8nin 178.1-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi