Yuxarı

​İntihar edən şəxsin yazdığı məktubun mətni açıqlanıb

Faktla bağlı cinayət işi açılıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Baş Prokurorluq Goranboy rayon sakininin intihar etməsi faktı ilə bağlı rəsmi məlumat yayıb.

Qurumun mətbuat xidmətindən “Report”a bildirilib ki, Goranboy rayon sakini Bəxtiyar Əhmədovun intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş şahidlər, o cümlədən mərhumun arvadı və oğlu dindirilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Xəbərdə qeyd edilib ki, B.Əhmədovun hər hansı konkret şəxs tərəfindən özünü öldürmə həddinə çatdırması barədə hazırkı vaxtadək istintaqa məlumat daxil olmayıb. Hadisə baş verən gün meyitin üzərinə baxış keçirilərkən şalvarının cibindən yaxın qohumlarına ünvanlanmış “ölümümdə özüm günahkaram” sözləri ilə başlayan məktub aşkar edilib.

B.Əhmədovun ölümünün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi