"İnterpol"un həbs etdiyi Azərbaycan vətəndaşının məhkəməsi başlayır

"İnterpol"un həbs etdiyi Azərbaycan vətəndaşının məhkəməsi başlayır Dələduzluqda təqsirləndirilən Altay Abbasovun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hadisə
27 İyun , 2019 10:37
İnterpolun həbs etdiyi Azərbaycan vətəndaşının məhkəməsi başlayır

Dələduzluqda təqsirləndirilən Altay Abbasovun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

“Report” xəbər verir ki, hakim Əli Məmmədovun sədrlik etdiyi kollegiyanın icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, A.Ababsov 4 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 178.3.2 (külli-miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, 51 yaşlı Abbasov Altay Əhliman oğlu ölkəni tərk etdiyi üçün Azərbaycan dövləti tərəfindən beynəlxalq axtarışa verilib. O, may ayında "İnterpol" tərəfindən Rusiya Federasiyasında saxlanılaraq Azərbaycana ekstradisiya olunub.

Son xəbərlər

Orphus sistemi