İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında İmişli şəhəri
“Qazel” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Qəza nəticəsində “VAZ-2106” avtomobilin sürücüsü, Beyləqan rayon Qaralılar kənd sakini Emin adlı şəxs dünyasını dəyişib.
“Qazel” markalı yük avtomobilinin sürücüsü, İmişli rayon sakini 1984-cü il təvəllüdlü Mirzəzadə Kənan Akif oğlu və “VAZ-2106” avtomobildə olan sərnişin, Beyləqan rayon Qaralılar kənd sakini 1985-ci təvəllüdlü Əliyev Bayram Həsən oğlu xəsarət alıb.
Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.