Yuxarı
    Bağlamaq

    İmişlidə yol qəzası baş verib, xəsarət alan var

    Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

    İmişli. 25 fevral. REPORT.AZ / İmişlidə 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

    “Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Qaralar kəndi ərazisində qeydə alınıb.

    Belə ki, “Mersedes” markalı avtomobillə “Vaz-2107” markalı avtomobilin toqquşması nəticəsində Bakı sakini, 62 yaşlı sərnişin Vəli Allahverdi oğlu Cabbarov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi