İmişlidə duman yol qəzasına səbəb olub, 2 nəfər yaralanıb
Hadisə
- 26 noyabr, 2015
- 04:53
Bakı. 26 noyabr. REPORT.AZ/ İmişlidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report" xəbər verir ki, hadisə İmişli-Kürdəmir avtomobil yolunda qeydə alınıb.
İmişli şəhər, Kamal Qasımov küçəsi, 28-də yaşayan, 1986-cı il təvəllüdlü Sübhan İslam oğlu Canlarov idarə etdiyi "QAZ-24" markalı avtomobil ilə hərəkətdə ikən, hava dumanlı olduğundan digər avtomobil onu arxadan vurub. Qəza nəticəsində "QAZ-24"ün sürücüsü və avtomobildə olan sərnişin, 1970-ci il təvəllüdlü Yaşar Əjdər oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
04:38
Mbappe zədə səbəbindən Fransa millisindən ayrılacaq
Futbol04:17
Moldovada enerji böhranı təhlükəsi ilə bağlı fövqəladə vəziyyət elan olunub
Digər ölkələr03:48
Bundesrat Almaniyada yanacaq vergisinin azaldılmasını təsdiqləyib
Digər ölkələr03:28
Britaniya Baş naziri növbədənkənar parlament seçkilərinin keçirilməsini istisna edib
Digər ölkələr02:57
Aİ ölkələri qaz və elektrik enerjisi istehlakını azaltmaq üçün tədbirlər görməyə çağırıb
Digər ölkələr02:32
Rusiya Ermənistandan balıq və süd məhsullarının idxalına qadağanı uzadıb
Region02:08
Xorvatiya - Sloveniya sərhədini keçməyə çalışan beş miqrant ölüb
Digər ölkələr01:34
Türkiyə və İran rəsmiləri ikitərəfli əlaqələri, regional prosesləri müzakirə edib
Region01:14