Yuxarı

İmişlidə canavarlar iribuynuzlu heyvanlara hücum edib

Yırtıcılar dörd baş iribuynuzlu heyvana xəsarət yetirib

İmişli. 15 oktyabr. REPORT.AZ/ İmişlidə canavarlar 4 baş iribuynuzlu heyvana xəsarət yetirib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Məmmədli kəndində qeydə alınıb.

Belə ki, kənd sakinlərinə məxsus iribuynuzlu heyvanlar örüşdə otlayarkən canavarlar onlara hücum edib. Kənd sakinləriin vaxtında müdaxiləsi nəticəsində yırtıcılar yalnız 4 baş iribuynuzlu heyvanı dişləyərək yaralaya bilib.

Bununla bağlı məlumat daxil olan kimi rayon baytarlıq idarəsinin baytar həkimləri kəndə gəlib. Yaralı heyvanlara qarşı lazımi tədbirlər görülüb, heyvanlar nəzarətdə saxlanılır.

Kənd sakinlərinin sözlərinə görə, mal-qara bundan əvvəl də canavarların hücumuna məruz qalıb. Canavarlar bir neçə heyvanı parçalayaraq təsərrüfat sahiblərinə xeyli ziyan vurublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi