İmişlidə avtomobillə motosikl toqquşub, 2 nəfər xəsarət alıb
Hadisə
- 25 may, 2016
- 20:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 may. REPORT. AZ / İmişlidə baş vermiş yol qəzasında iki nəfər xəsarət alıb. “Report” xəbər verir ki, hadisə bu gün axşam saat 23:20 radələrində İmişli şəhərinin mərkəzində qeydə alınıb.
Belə ki, rayonun Otuziki kənd sakini, 28 yaşlı Ülvi Taleh oğlu Baxşəliyev idarə etdiyi motosikllə hərəkətdə olarkən “Vaz-2106” markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hər iki şəxsə ilk tibbi yardım göstərilib.
“Vaz-2106” avtomobilinin sürücüsünün xəsarəti yüngül olduğundan o, ambulator müalicəyə göndərilib.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.
Son xəbərlər
12:27
Mariam Kvrivişvili: "Gürcüstan Dəmir Yollarına üç il ərzində 800 milyon dollara yaxın investisiya yatırılacaq"
İnfrastruktur12:24
Parisdə ikinci olan Sabir Zeynalov: "Hədəfim dünya çempionatında qızıl medal qazanmaqdır"
Fərdi12:19
ABİF: Fermerlərin reytinqi əsasında onlara qarşı girov tələbi yumşala bilər
Biznes12:17
Foto
Azərbaycanın turizm imkanları Polşanın üç şəhərində təqdim olunub
Turizm12:15
Husilərin Ər-Riyad aeroportuna zərbələri nəticəsində pilot və iki mülki şəxs ölüb
Digər ölkələr12:14
İrakli Kobaxidze: "Gürcüstanda dəmir yolu daşımaları son onilliyin ən yüksək səviyyəsinə çatıb"
İnfrastruktur12:12
Foto
Bakıda sülhməramlı əməliyyat ssenarisi əsasında NATO təlimləri keçirilir
Hərbi12:10
Dünya çempionatı: Zelim Kotsoyev slovakiyalı rəqibini ipponla məğlub edib - YENİLƏNİB
Fərdi12:06