İlyas İsmayılovun oğlunu İstanbulda güllələyərək qətlə yetirən şəxslər saxlanılıblar - VİDEO

İlyas İsmayılovun oğlunu İstanbulda güllələyərək qətlə yetirən şəxslər saxlanılıblar - VİDEO Bakı. 20 sentyabr. REPORT.AZ/ Azərbaycanın sabiq baş prokuroru, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, iş adamı Etimad İsmayılovu İstanbulda güllələyərək qətlə yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Hadisə
20 Sentyabr , 2018 09:42
İlyas İsmayılovun oğlunu İstanbulda güllələyərək qətlə yetirən şəxslər saxlanılıblar - VİDEO
0 : 00
0 : 00

Bakı. 20 sentyabr. REPORT.AZ/ Azərbaycanın sabiq baş prokuroru, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, iş adamı Etimad İsmayılovu İstanbulda güllələyərək qətlə yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, hadisəni törədən keçmiş polis rəisi, təqaüddə olan polkovnik Gözəl Dəmirov sentyabrın 19-dan 20-nə keçən gecə Beşiktaşda tutulub.

Məlumata görə, hüquq-mühafizə orqanları qətlə görə onunla yanaşı, daha bir nəfəri saxlayıb. Lakin onun kimliyi açıqlanmayıb. 

Bildirilib ki, onlar sentyabrın 19-da axşam saatlarında E.İsmayılovun İstanbulun Floriya adlı ərazisindəki ofisində görüşüblər və borc məsələsinə görə aralarında mübahisə yaranıb. Bundan sonra G.Dəmirov silahını çıxaraq, Etimad İsmayılova ardıcıl 3 dəfə atəş açıb.

Məlumata görə, Gözəl Dəmirov 1990-cı illərin əvvəlində polis rəisi işləyib. Bakı Soyuducu Fabrikinin direktoru olub. Onun Azərbaycan və Türkiyədə sərmayəsinin olduğu bildirilir.

Qeyd edək ki, Etimad İsmayılov tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır.  

Son xəbərlər

Orphus sistemi