İlaxır çərşənbəsi axşamı Bakıda yandırılan tonqallarda 6 uşaq yanıq xəsarəti alıb

Hadisə
  • 15 mart, 2017
  • 09:57
İlaxır çərşənbəsi axşamı Bakıda yandırılan tonqallarda 6 uşaq yanıq xəsarəti alıb

Bakı. 15 mart. REPORT.AZ/ İlaxır çərşənbəsi axşamı Bakıda yandırılan tonqallarda 6-sı uşaq olmaqla 7 nəfər yanıq xəsarəti alıb.

Bunu "Report"un sorğusuna cavab olaraq Respublika Yanıq Mərkəzindən bildiriblər. 

Məlumata görə, ötən gecə mərkəzə 7 nəfər gətirilib. Onlardan 6 nəfəri uşaq, biri isə 73 yaşlı şəxs olub: "Onlar Bakının müxtəlif ərazilərində yandırılan bayram tonqallarında yanıq xəsarətləri alıblar. Uşaqlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. 73 yaşlı kişinin müalicəsi isə mərkəzdə davam etdirilir".