Hüseyn Əlixanov: "Məhbuslara qarşı dəyənəkdən istifadə olunarsa, bununla bağlı Penitensiar Xidmətə məlumat verilməlidir"

Hüseyn Əlixanov: "Məhbuslara qarşı dəyənəkdən istifadə olunarsa, bununla bağlı Penitensiar Xidmətə məlumat verilməlidir" Nizam-intizam qaydasını pozan məhbuslara qarşı dəyənəkdən istifadə edilə bilər
Hadisə
20 Yanvar , 2015 13:34
Hüseyn Əlixanov: Məhbuslara qarşı dəyənəkdən istifadə olunarsa, bununla bağlı Penitensiar Xidmətə məlumat verilməlidir

Bakı. 20 yanvar. REPORT.AZ/ Nizam-intizam qaydasını pozan məhbuslara qarşı dəyənəkdən istifadə edilə bilər, amma bu zaman həmin olay aktlaşdırılmalıdır. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Penitensiar Xidmət rəisinin müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov deyib:

“Azərbaycan Prosessual Cinayət Məcəlləsində də qeyd olunur ki, daxili nizam-intizamı pozanlara qarşı xüsusi vasitələrdən istifadə oluna bilər. Bu xüsusi vasitələr onların məhkumların hərəkətinə uyğun olur. Konkret olaraq, məhbuslara qarşı dəyənəkdən istifadə olunarsa, bununla bağlı Penitensiar Xidmətə, Azərbaycanın Baş Prokurorluğuna məlumat verilməlidir”.

Son xəbərlər

Orphus sistemi