Azərbaycanda mina qurbanlarının sayı artmaqda davam edir.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin “X” sosial şəbəkəsindəki səhifəsindəki paylaşımda qeyd edib.
Prezidentin köməkçisi bu gün işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində baş verən mina partlayışına diqqət çəkib.
Paylaşımda mina qurbanlarının statistikasını əks etdirən infoqrafika da verilib.
İnfoqrafikada qeyd olunub ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanın 341 vətəndaşı mina qurbanı olub.
Göstərilən müddət ərzində mina partlamalarından 65 nəfər ölüb, 276 nəfər isə yaralanıb.
2020-ci il noyabrın 10-dan 2023-cü il dekabrın 6-dək Azərbaycanda minalardan 50 mülki şəxs və 15 hərbçi həlak olub. Eyni zamanda 112 mülki şəxs və 164 hərbçi yaralanıb.