Bakıda taksi ilə yük maşını toqquşub, xəsarət alan var - YENİLƏNİB

Bakıda taksi ilə yük maşını toqquşub, xəsarət alan var - YENİLƏNİB Nizami rayonu Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
12 aprel 2025 13:40
Bakıda taksi ilə yük maşını toqquşub, xəsarət alan var - YENİLƏNİB

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün səhər saat 06:00 radələrində Koroğlu metrostansiyası yaxınlığından yol-nəqliyyat hadisəsi səbəbilə çağırış daxil olub. 

TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 

Qeyd olunub ki, təcili tibbi yardım briqadası tərəfindən qapalı-kəllə beyin travması diaqnozu ilə 40 yaşlı qadın Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.

10.06

Nizami rayonu Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə saat 06:10 radələrində baş verib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli "Report"un sorğusuna cavab olaraq bildirib ki, “JAC” markalı, 90 YD 571 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “MAN” markalı yük maşınının toqquşması nəticəsində taksidə olan qadın sərnişin xəsarət alıb.

Onun sözlərinə görə, faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi