Həmvətənlərinin Rusiyada qalması üçün saxta sənədlər təşkil edən azərbaycanlının apellyasiya şikayəti təmin olunmayıb

Həmvətənlərinin Rusiyada qalması üçün saxta sənədlər təşkil edən azərbaycanlının apellyasiya şikayəti təmin olunmayıb Bakı. 15 noyabr. REPORT.AZ/ Rusiyanın Novqorod vilayət məhkəməsinin cinayət işləri üzrə Hakimlər Kollegiyası məhkum Sabit Məhərrəmov və vəkilinin rayon məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxıb.
Hadisə
15 Noyabr , 2018 10:48
Həmvətənlərinin Rusiyada qalması üçün saxta sənədlər təşkil edən azərbaycanlının apellyasiya şikayəti təmin olunmayıb

Bakı. 15 noyabr. REPORT.AZ/ Rusiyanın Novqorod vilayət məhkəməsinin cinayət işləri üzrə Hakimlər Kollegiyası məhkum Sabit Məhərrəmov və vəkilinin rayon məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxıb.

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

Həmvətənləri üçün saxta nikah, yaşayış yeri üzrə qeydiyyata düşmə və Rusiyada müvəqqəti yaşamaq üçün icazə sənədlərini təşkil etdiyinə görə məhkum edilən azərbaycanlılardan olan S.Məhərrəmov ona verilmiş 1 il 9 aylıq azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsini istəyib. Amma Hakimlər Kollegiyası rayon məhkəməsinin hökmünün dəyişdirilməsi üçün heç bir əsas olmadığı qənaətinə gəlib. Hökm qüvvəyə minib.

Xatırladaq ki, bu ilin sentyabr ayında Rusiyanın Novqorod şəhərinin rayon məhkəməsi həmvətənlərinin Rusiyada qanunsuz qalmasını təşkil etməkdə təqsirli bilinən azərbaycanlılara, o cümlədən S.Məhərrəmova qarşı cinayət işi üzrə ittiham hökmü çıxarıb

Son xəbərlər

Orphus sistemi