Bakı Apelyasiya Məhkəməsi tanınmış həkimi və onun həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən İlqar Xancanovun şikayətini təmin etməyib.
"Report"un xəbərinə görə, şikayətə hakim Elmar Rəhimovun sədrliyi ilə baxılıb.
Apelyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Həmin ərazidə 1968-ci il təvəllüdlü İ.Xancanov bağban işlədiyi bağ evinin sahibi, Arzu Şuşalını və həyat yoldaşı Dilarə Əhmədovanı bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Tanınmış həkim olan və təqaüdə çıxmış A.Şuşalı isə xəstəxanaya çatdırılıb. Lakin onun da həyatını xilas etmək mümkün olmayıb.
Bakı