Naxçıvanda hədə-qorxu ilə pul tələb edərək cəzaçəkmə müəssisəsinə göndərən dəstə üzvləri iş başında tutulub

Naxçıvanda hədə-qorxu ilə pul tələb edərək cəzaçəkmə müəssisəsinə göndərən dəstə üzvləri iş başında tutulub Naxçıvan polisi tərəfindən vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən və əldə olunmuş vəsaiti cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə göndərən dəstə üzvlərinə qarşı əməliyyat həyata keçirilib.
Hadisə
29 Fevral , 2024 12:21
Naxçıvanda hədə-qorxu ilə pul tələb edərək cəzaçəkmə müəssisəsinə göndərən dəstə üzvləri iş başında tutulub

Naxçıvan polisi hədə-qorxu ilə pul tələb edərək cəzaçəkmə müəssisəsinə göndərən dəstə üzvlərini iş başında saxlayıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbir nəticəsində əvəllər qaçaqmalçılıq, dələduzluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Naxçıvan şəhər sakinləri,Quliyev Qadir və Zöhrabov Toğrul saxlanılıb. Onları şantaj etdiyi şəxsdən pul vəsaiti alarkən Naxçıvan Muxtar Respubilkasının Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin əməkdaşları saxlayıb.

Həmin şəxslər istintaqa verdikləri ifadələrində törətdikləri cinayət əməlini etiraf ediblər.

Son xəbərlər

Orphus sistemi