Qaxda altı avtomobil təmiri sexinin olduğu ərazidə yanğın baş verib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin Xurşidbanu Natəvan küçəsində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.
Yanğın zamanı avtomobil təmiri sexinin biri tamamilə, digəri isə qismən yanıb. Bir avtomobil və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.







