Həbsdə olan baş redaktorun məhkəməsi davam etdirilib

Həbsdə olan baş redaktorun məhkəməsi davam etdirilib Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən İkram Rəhimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
8 Aprel , 2019 14:56
Həbsdə olan baş redaktorun məhkəməsi davam etdirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən İkram Rəhimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əliövsəd Abasovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Raquf Mirzəyevin məhkəməyə ərizə göndərdiyi elan olunub.

O, səhhəti ilə bağlı məhkəməyə gəlmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirib.

Həmçinin zərərçəkmiş Cabir Cəfərovun nümayəndəsi təqsirləndirilən şəxsdən şikayətçi olmaqdıqlarını deyib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov vəsatət qaldırıb. O, İ.Rəhimovun Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Təcridxanasından Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına köçürülməsini istəyib.

Vəsatət baxılmamış saxlanılıb.

Məhkəmənin növbəti iclası aprelin 16-na təyin olunub.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, Azərbaycan vətəndaşı Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər DTX-da araşdırılıb.

Bildirilib ki, məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İ.Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.

O, ötən il oktyabrın 26-da Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-cimaddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işində 6 zərərçəkmiş var.

Son xəbərlər

Orphus sistemi