Ağstafanın həbsdə olan sabiq icra başçısı ölüb

Ağstafanın həbsdə olan sabiq icra başçısı ölüb Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev vəfat edib.
Hadisə
8 Sentyabr , 2021 13:12
Ağstafanın həbsdə olan sabiq icra başçısı ölüb
Nizaməddin Quliyev

Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev vəfat edib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, o, sentyabrın 8-də Gəncədə yerləşən modul tipli xəstəxanada koronavirusdan ölüb.

Keçmiş icra başçısının Goranboy rayonunun Tapqaraqoyunlu kəndində dəfn olunacağı gözlənilir.

Qeyd edək ki, N.Quliyev 1954-cü ilin sentyabr ayının 1-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndində anadan olub. 2009-2019-cu illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Daha sonra Ağstafa Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.

N.Quliyev 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi