Azərbaycan Türkiyəyə soğan tədarükünü bərpa edib

İKT
  • 03 sentyabr, 2026
  • 15:29
Azərbaycan Türkiyəyə soğan tədarükünü bərpa edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 4,8 milyon ABŞ dolları dəyərində 19 min 441 ton soğan ixrac edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,7 dəfə, kəmiyyət olaraq – 4,3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Gürcüstana 3,7 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 41 dəfə çox) 16 min 989 ton (+49 dəfə), Rusiyaya 942 min ABŞ dolları dəyərində (-39 %) 2 min 77 ton (-45 %), İraqa 40 min ABŞ dolları dəyərində 200 ton (1 il əvvəl tədarük olmayıb), Belarusa 22,3 min ABŞ dolları dəyərində (-75 %) 64,2 ton (-67 %) və Türkiyəyə 21,9 min ABŞ dolları dəyərində 109,5 ton məhsul satıb.

Azərbaycan 2 il 1 aylıq fasilənin ardından Türkiyəyə tədarükü bərpa edib.

2025-ci ildə Azərbaycandan ixrac edilmiş 25 803 ton soğanın 72,4 %-i Gürcüstanın payına düşüb.