Haсı Muradın qəbrinin yaxınlığında narkotik bitkilər əkənlər tutulub - FOTO

Haсı Muradın qəbrinin yaxınlığında narkotik bitkilər əkənlər tutulub - FOTO Çətənə kolları aqrotexniki qaydada qulluq və kultivasiya etməklə becərilib
Hadisə
10 Sentyabr , 2015 15:05
Haсı Muradın qəbrinin yaxınlığında narkotik bitkilər əkənlər tutulub - FOTO

Bakı. 10 sentyabr. REPORT.AZ/ Balakən rayon sakinləri Qax rayonu ərazisində narkotik bitki əkib-becərdiyinə görə saxlanılıb. "Report" xəbər verir ki, rayonun Hənifə kənd sakinləri Namir Xalid oğlu Məmmədov, Elçin Qüdrət oğlu Rəsulov və Rafiq Abdurəhman oğlu Həsənov Qax rayonunun Tanqıt kəndinin yaxınlığında olan meşə zolağında Hacı Muradın qəbrinin yaxınlığında narkotik bitkilər əkiblər. Ümumi çəkisi 4,5 kiloqram olan 50 ədəd çətənə kolu aqrotexniki qaydada qulluq və kultivasiya etməklə becərilib.

Qax Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində həmin şəxslər elə iş başında - çətənə kollarına su verərkən yaxalanıblar. Onların narkotik xassəli bitkiləri hansı məqsədlə əkib-becərdikləri araşdırmalardan sonra bəlli olacaq.

Qax RPŞ-nin baş müstəntiqi Etiqad Bayramovun "Report"a verdiyi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə cinayət işi açılıb, istintaq aparılır. Onlar barəsində Qax rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətiimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi