Bakı. 7 fevral.
"Report"un xəbərinə görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə A.İsmayılov çıxış edib. O bildirib ki, H.Hacıyev onun barəsində səsləndirdiyi fikirləri bu işə əlavə edilməsini istəyib.
H.Hacıyev isə qeyd edib ki, A.İsmayılov işi siyasiləşdirir və ona şər-böhtan atıb.
Məhkəmə linqivistiq ekspertizanın təyin edilməsi barədə qərar çıxarıb.
Proses qeyri-müəyyən günədək təxirə salınıb.
Qeyd edək ki, MMP-nin sədri H.Hacıyev hüquqşünas A.İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, müraciətində bildirib ki, A.İsmayılov onun şərəf və ləyaqətini alçaldıb və buna görə hüquqşünasın Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyib. A.İsmayılov da eyni maddələrlə onu məhkəməyə verib.