Ağdaşda avtomobil yaşlı qadını vurub

Ağdaşda avtomobil yaşlı qadını vurub Ağdaş. 22 yanvar. REPORT.AZ/ Ağdaşda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
22 Yanvar , 2019 21:18
Ağdaşda avtomobil yaşlı qadını vurub

Ağdaş. 22 yanvar. REPORT.AZ/ Ağdaşda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə rayon mərkəzində, “Ağsaray” şadlıq sarayının qarşısında baş verib.

Belə ki, “VAZ-21-06” markalı avtomobil 1937-ci il təvəllüdlü rayon sakini Soltanova Şərqiyə Nəsir qızını vuraraq, ona xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. Onun durumunun qənaətbəxş olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Ağdaşda baş verən yol qəzasında 1 nəfər ölüb, daha 1 nəfər yaralanıb. 

Son xəbərlər

Orphus sistemi