Yevlaxda avtomobil arxa düşüb, xəsarət alan var

Yevlaxda avtomobil arxa düşüb, xəsarət alan var Yevlax. 30 dekabr. REPORT.AZ/ Yevlax rayonunda yol-nəqliyyat hadisəsi olub.
Hadisə
30 Dekabr , 2018 16:03
Yevlaxda avtomobil arxa düşüb, xəsarət alan var

Yevlax. 30 dekabr. REPORT.AZ/ Yevlax rayonunda yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qoyunbinəsi kəndində qeydə alınıb.

Hərəkətdə olan "Volkswagen" markalı avtomobilin idarəetmədən çıxaraq, yol kənarındakı arxa düşməsi nəticəsində 1 nəfər, Samux rayon sakini, 1997-ci il təvəllüdlü Elvin Mehdiyev xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Hadisə zamanı avtomobildə olan digər 3 nəfər xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.  

Daha əvvəl Yevlax şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son xəbərlər

Orphus sistemi