Ucarda baş verən yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub - YENİLƏNİB

Ucarda baş verən yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub - YENİLƏNİB Ucar. 26 yanvar. REPORT.AZ/ Ucar rayonunda baş verən yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub.
Hadisə
26 Yanvar , 2019 01:05
Ucarda baş verən yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub - YENİLƏNİB

Ucar. 26 yanvar. REPORT.AZ/ Ucar rayonunda baş verən yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, qəza zamanı Bakının Qaradag rayon Lökbatan qəsəbəsi sakini, 1981-ci il təvəllüdlü Anar Firudin oglu İbrahimov, Gədəbəy rayon sakini, 1948-ci il təvəllüdlü Həqiqət Qənbər qızı İbrahimova, Bakının Qaradağ rayon Lökbatan qəsəbəsi sakini Bəsdi Məsməliyeva və 1960-cı il təvəllüdlü Masazır qəsəbəsi sakini Verdiyeva Sədaqət Qəmbər qızı xəsarət alıb. 

Onların dördünün də vəziyyəti kafi qiymətləndirilir. Yaralılıların 3-ü bacıdır. Avtomobilin sürücüsü qəza zamanı hər hansı xəsarət almayıb.

Qeyd edək ki, onlar Gədəbəy rayonundan yas mərasimindən qayıdırmış. 


***22:37

Ucar. 25 yanvar. REPORT.AZ/ Bakı-Qazax magistral yolunun 220-ci kilometrliyində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə magistral yolun Ucar rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, Qazax rayonu istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil Müsüslü kəndində yoldan çıxaraq aşıb. Hadisə nəticəsində 4 nəfər ağır xəsarət alıb. 

Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər onların vəziyyətini ağır qiymətləndirir. Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.  

Daha əvvəl Ucarda baş verən yol qəzasında 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi