İmişlidə minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb - YENİLƏNİB

İmişlidə minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb - YENİLƏNİB İmişli. 30 dekabr. REPORT.AZ/ İmişli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
30 Dekabr , 2018 16:45
İmişlidə minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb - YENİLƏNİB

İmişli. 30 dekabr. REPORT.AZ/ İmişli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un yerli bürosunun məlumatına görə, hadisə nəticəsində Saatlı rayon sakinləri, 1959-cu il təvəllüdlü İsgəndərov Yurddaş İsgəndər oğlu, 1979-cu il təvəllüdlü İsgəndərov İsgəndər Yurddaş oğlu, İmişli sakinləri, 2008-ci il təvəllüdlü Məmmədov Səbuhi Nicat oğluMəmmədov Kamal Ağakərim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Y.İsgəndərov və K.Məmmədovun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.


*** 15:33

İmişli. 30 dekabr. REPORT.AZ/ İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə günorta saatlarında rayonun Çaxırlı kəndinin ərazisində qeydə alınıb.

Belə ki, “VAZ” markalı iki avtomobil toqquşub. Nəticədə 4 nəfər mxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Yaralılar təcili tibbi yardım maşınları ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Qeyd edək ki, dekabrın 28-də də İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son xəbərlər

Orphus sistemi