İmişlidə ağır yol qəzası olub, ölən var - YENİLƏNİB

İmişlidə ağır yol qəzası olub, ölən var - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
28 Dekabr , 2018 10:36
İmişlidə ağır yol qəzası olub, ölən var - YENİLƏNİB
0 : 00
0 : 00

İmişli. 28 dekabr. REPORT.AZ/ İmişli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən şəxsin adı məlum olub.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, rayonun Yalavac kənd sakini, 1968-ci il təvəllüdlü Valeh Mehdi oğlu Mehdiyev ağır kəllə-beyin travması alıb. O, xəstəxananın Reanimasiya şöbəsində dünyasını dəyişib. 

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.


*** 09:12

İmişli. 28 dekabr. REPORT.AZ/ İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli şəhərinin H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq motosikletlə toqquşub. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Ağır bədən xəsarətləri alan motosikletçi təcili yardım maşını ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Son xəbərlər

Orphus sistemi