Hacıqabulda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib

Hacıqabulda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib Faktla bağlı araşdırma aparılı
Hadisə
8 Dekabr , 2016 20:55
Hacıqabulda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib

Hacıqabul. 8 dekabr. REPORT.AZ/ Hacıqabul rayonunda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Atbulaq kəndində qeydə alınıb. 

Belə ki, Belə ki, “Mercedes” markalı avtomobil 37 yaşlı Elnur Haqverdi oğlu Rəhimovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı hadisə yerində dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan regional bölməsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi