Hacıqabulda bir ailənin 3 üzvü qəzaya düşüb

Hacıqabulda bir ailənin 3 üzvü qəzaya düşüb Hacıqabulda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
122
27 Avqust , 2021 08:49
Hacıqabulda bir ailənin 3 üzvü qəzaya düşüb

Hacıqabulda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili anidən idarəetməni itirib və yolun kənarına aşıb.

Qəza nəticəsində Göyçay rayon sakinləri və bir ailənin üç üzvü olan 1947-ci il təvəlüdl Mehdiyeva Mehriban Nizami qızı, onun övladları, 1981-ci il təvəlüdlü Mehdiyev Zaur Nurəddin oğlu və 1983-cü il təvəllüdlü Mehdiyeva Arifə Nurəddin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi