Hacıqabulda baş verən qəzada iki məşhur meyxanaçı xəsarət alıb

Hacıqabulda baş verən qəzada iki məşhur meyxanaçı xəsarət alıb Onlardan birinin ayağı, digərinin qolu sınıb
Hadisə
7 İyun , 2016 16:38
Hacıqabulda baş verən qəzada iki məşhur meyxanaçı xəsarət alıb

Bakı. 7 iyun. REPORT.AZ/ Hacıqabul rayonununda baş verən qəzada məşhur meyxanaçı Pərviz Bülbülə xəsarət alıb.

Bu barədə “Report”a meyxanaçı özü məlumat verib.

O, hadisə nəticəsində ayağının sındığını bildirib: “Avtomobil mənimdir, hadisə vaxtı sükan arxasında qaynım oturmuşdu. Birdən idarəetməni itirdi və avtomobil beton dirəyə çırpılıb aşdı. Maşında üç nəfər idik. Rəşad Dağlının sağ qolu sınıb, mənim isə ayağım sınıb. Qaynım yüngül xəsarət alıb”.

Qeyd edək ki, Bakı-Qazax magistral avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakı şəhəri, Bülbülə qəsəbə sakini 31 yaşlı Nicat Hüseynovun idarə etdiyi “Toyota Sequoia” markalı 10 KC 011 dövlət qeydiyyat nömrə nişanlı avtomobil beton dirəyə çırpılaraq aşıb. Nəticədə sürücü və avtomobildə olan məşhur meyxanaçılar - Pərviz Bülbülə və Rəşad Dağlı xəsarət alıb.

Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Son xəbərlər

Orphus sistemi