Hacıqabulda avtomobil 15 yaşlı yeniyetməni vurub

Hacıqabulda avtomobil 15 yaşlı yeniyetməni vurub Hacıqabulda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
4 Noyabr , 2019 08:11
Hacıqabulda avtomobil 15 yaşlı yeniyetməni vurub

Hacıqabulda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Padar çölü adlanann ərazisində qeydə alınıb.

Siyəzən rayon sakini, 2004-cü il təvəllüdlü Gülmalıyev Elsevər Asif oğlu avtomobildən düşüb yolun kənarındakı ticarət obyektinə gedərkən onu avtomobil vurub. Nəticədə piyada müxtəlif dərəcəli xəsarətlər alıb. E.Gülmalıyev Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi