​Hacıqabulda 32 yaşlı qadın dəm qazından zəhərlənib

​Hacıqabulda 32 yaşlı qadın dəm qazından zəhərlənib Xəstənin vəziyyətinin orta ağır olduğu bildirilir
Hadisə
16 Noyabr , 2015 23:54
​Hacıqabulda 32 yaşlı qadın dəm qazından zəhərlənib

Bakı. 16 noyabr. REPORT.AZ/ Hacıqabulda 32 yaşlı rayon sakini dəm qazından zəhərlənib.

"Report" xəbər verir ki, hadisə rayonun Məhəmməd Əmin Rəsulzadə küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan 1983-cü il təvəllüdlü Səfərova Tura Əlövsət qızı dəm qazından zəhərlənib. Zərərçəkən dərhal Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilk tibbi yardım göstərilib. Xəstənin vəziyyətinin orta ağır olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi