Bakı. 21 oktyabr. REPORT.AZ/ Hacıqabul rayon sakini su kanalına düşərək ölüb.
"Report"un Daxili İşlər Nazirliyinə (DİN) istinadən verdiyi məlumata görə, hadisə rayonun Qızılburun qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Namiq Mahmudov su kanalına düşərək boğulub. Meyit sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.