"Hacı Mazan" avtomobil qəzasına düşüb, ağır xəsarət alıb - YENİLƏNİB

"Hacı Mazan" avtomobil qəzasına düşüb, ağır xəsarət alıb - YENİLƏNİB Qəzaya düşmüş iş adamı Hacı Mazan təcili yardım avtomobili ilə paytaxt xəstəxanalarından birinə köçürülüb.
Hadisə
2 İyul , 2019 12:41
Hacı Mazan avtomobil qəzasına düşüb, ağır xəsarət alıb - YENİLƏNİB

Qəzaya düşmüş iş adamı "Hacı Mazan " təcili yardım avtomobili ilə paytaxt xəstəxanalarından birinə köçürülüb. 

"Report"un Muğan bürosunun məlumatına görə, onun idarə etdiyi avtomobilinin təkəri partlayıb və avtomobil yük maşını ilə toqquşub. 

Faktla bağlı araşdırmalar davam etdirilir.


*** 12.03

Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Range Rover" markalı minik avtomobilinin aşması nəticəsində 1959-cu il təvəllüdlü Ramazan Hüseyn oğlu Zeynalov və 1987-ci il təvəllüdlü Rəşad Ramiz oğlu Kərimov xəsarət alıb. 

Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, Ramazan Zeynalov "Hacı Mazan" ləqəbi ilə tanınır. O, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxulislam Allahşükür Paşazadənin yaxın qohumudur.

Son xəbərlər

Orphus sistemi