Gürcüstanın Dövlət Agentliyi azərbaycanlı hamilə qadının ölümü ilə bağlı araşdırma aparacaq

Gürcüstanın Dövlət Agentliyi azərbaycanlı hamilə qadının ölümü ilə bağlı araşdırma aparacaq Gürcüstanın Tibbi Fəaliyyətin Tənzimlənməsi Dövlət Agentliyi Qardabani rayonunda 8 aylıq hamilə qadın Samirə Yusubovanın ölüm faktı ilə bağlı araşdırma aparacaq.
Hadisə
15 İyun , 2019 17:06
Gürcüstanın Dövlət Agentliyi azərbaycanlı hamilə qadının ölümü ilə bağlı araşdırma aparacaq
Report

Gürcüstanın Tibbi Fəaliyyətin Tənzimlənməsi Dövlət Agentliyi Qardabani rayonunda 8 aylıq hamilə qadın Samirə Yusubovanın ölüm faktı ilə bağlı araşdırma aparacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə dövlət qurumunun rəhbəri Nino Xutsişvili bildirib.

Onun sözlərinə görə, qadının ölümünə həkimlərin səhlənkarlığının səbəb olduğu müəyyən olunarsa, müvafiq ölçülər götürüləcək:

“Agentlik məsələni mütləq araşdıracaq. Bazar ertəsindən etibarən müvafiq prosedurlara başlanılacaq. Qadının öldüyü klinikada da sənədlər araşdırılacaq və həkimlərin pasientin ölümündə günahları sübuta yetirilərsə, həmin həkimlərin peşə məsuliyyəti məsələsi qaldırılacaq”.

Qeyd edək ki, Qardabani rayonunun Nəzərəli kənd sakini, 33 yaşlı Samirə Yusubova rayon xəstəxanalarının birində dünyasını dəyişib. Qadının yaxınları onun ölümündə həkimləri günahlandırırlar. 

Son xəbərlər

Orphus sistemi