Gürcüstanda azərbaycanlı hamilə qadın ölüb, yaxınları həkimləri günahlandırır - FOTO - YENİLƏNİB

Gürcüstanda azərbaycanlı hamilə qadın ölüb, yaxınları həkimləri günahlandırır - FOTO - YENİLƏNİB Gürcüstanın Qardabani rayonunda hamilə qadın Samirə Yusubovanın qohumları onun ölümünün dəqiq səbəblərinin açıqlanmasını tələb edirlər.
Hadisə
15 İyun , 2019 14:56
Gürcüstanda azərbaycanlı hamilə qadın ölüb, yaxınları həkimləri günahlandırır - FOTO - YENİLƏNİB

Gürcüstanın Qardabani rayonunda hamilə qadın Samirə Yusubovanın qohumları onun ölümünün dəqiq səbəblərinin açıqlanmasını tələb edirlər.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, qadının yaxınları onun öldüyü xəstəxanaya gedərək həkimlərlə görüş tələb ediblər.

Xəstəxana nümayəndələri hələ onlarla görüşməyib. Klinikadan bildirilib ki, 8 aylıq hamilə olan S.Yusubovanın vəziyyəti ağır olduğundan dünyasını dəyişib. Ölümün dəqiq səbəbləri barədə əlavə məlumat verilməyib.

Gürcüstanın Daxili İşlər Nazirliyində faktla bağlı araşdırma aparılır.


*** 12:56

Gürcüstanın Qardabani rayonunun Nəzərli kənd sakini, 33 yaşlı hamilə qadın ölüb.

“Report”un yerli bürosu xəbər verir ki, 8 aylıq hamilə olan S.Yusubova ötən gün özünü pis hiss edib. Yaxınları onu günorta saatlarında xəstəxanaya aparıblar. Həkimlər ona bir neçə dərman yazaraq evə buraxıblar.

S.Yusubova evə gəldikdən bir neçə saat sonra halı pisləşib və o, yenidən xəstəxanaya çatdırılıb. Gecə saatlarında isə xəstəxanadan yaxınlarına S.Yusubovanın dünyasını dəyişdiyi bildirilib.

Qadının meyiti Rustavi şəhər Ekspertiza mərkəzinə aparılıb.

Doğmaları S.Yusubovanın ölümündə həkimləri günahlandırırlar. Onlar bildiriblər ki, qadın həkimlərin ehtiyatsızlığı səbəbindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi