Gürcüstandan gələn Azərbaycan vətəndaşının üzərində narkotik vasitə aşkar edilib

Gürcüstandan gələn Azərbaycan vətəndaşının üzərində narkotik vasitə aşkar edilib Faktla bağlı araşdırma aparılır
Hadisə
23 Sentyabr , 2017 14:12
Gürcüstandan gələn Azərbaycan vətəndaşının üzərində narkotik vasitə aşkar edilib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada xəttinə Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının üzərində qanunvericiliyin tələblərinə uyğun olaraq yoxlama aparılıb. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Məlumata görə, yoxlama zamanı həmin şəxsin əynindəki şalvarın arxa cibindən bitki yarpağına bükülü vəziyyətdə, qablaşdırılması ilə birlikdə çəkisi, təqribən, 0.3 qram olan narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi