Gürcüstandan gələn avtomobildən pirotexniki vasitələr aşkar edilib

Gürcüstandan gələn avtomobildən pirotexniki vasitələr aşkar edilib Baş Gömrük İdarəsinə daxil olan məlumat əsasında Qırmızı Körpü gömrük postunda Gürcüstandan idarə etdiyi Vaz -21074 markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib.
Hadisə
23 Sentyabr , 2019 12:05
Gürcüstandan gələn avtomobildən pirotexniki vasitələr aşkar edilib

Baş Gömrük İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Vaz -21074" markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən "Report"a verilən məlumata görə, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Avtomobilə "Buran" ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib. Xidməti itin reaksiyası nəticəsində minik maşınının sol tərəf arxa və ön qapılarının, yanacaq çəninin içərisində 1120 ədəd üzərində "Mega Black Devil" yazısı olan pirotexniki vasitələr aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi