Gürcüstandan Azərbaycana marixuana keçirilməsinin qarşısı alınıb

Gürcüstandan Azərbaycana marixuana keçirilməsinin qarşısı alınıb Bakı. 22 noyabr. REPORT.AZ/ Gürcüstan istiqamətindən Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Mazımçay gömrük postunun idxal minik xəttinə daxil olan Mercedes Benz E320 CDİ markalı nəqliyyat vasitəsinin sürücüsü Gürcüstan vətəndaşı Kikolashvili Simon Tengizoviç gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb.
Hadisə
22 Noyabr , 2018 10:24
Gürcüstandan Azərbaycana marixuana keçirilməsinin qarşısı alınıb
0 : 00
0 : 00

Bakı. 22 noyabr. REPORT.AZ/ Gürcüstan istiqamətindən Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun idxal minik xəttinə daxil olan "Mercedes Benz E320 CDİ" markalı nəqliyyat vasitəsinin sürücüsü Gürcüstan vətəndaşı Kikolashvili Simon Tengizoviç gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb.

Komitədən “Report”a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və ona məxsus əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olmadığını bildirib.

Yoxlama zamanı, onun əynindəki gödəkçənin sol üst cibindən salfetə bükülü, kəskin iyli, ümumi çəkisi 4 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi