Gürcüstanda uranı 2,8 mln. dollara satmaq istəyən iki nəfər saxlanılıb

Gürcüstanda uranı 2,8 mln. dollara satmaq istəyən iki nəfər saxlanılıb Gürcüstanda nüvə materialının qanunsuz əldə edilməsi və satışı ilə məşğul olan 2 şəxs saxlanılıb.
Hadisə
13 Mart , 2019 14:36
Gürcüstanda uranı 2,8 mln. dollara satmaq istəyən iki nəfər saxlanılıb

Gürcüstanda nüvə materialının qanunsuz əldə edilməsi və satışı ilə məşğul olan 2 şəxs saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

Saxlanılan şəxslər cinayətkar qruplaşmanın üzvləri olan Qoça Q. və Roman K. adlı Gürcüstan vətəndaşlarıdır.

İstintaqla müəyyən olunub ki, həmin şəxslər Kobuletidə “uranium” nüvə maddəsini 2,8 mln. dollara satmağı planlaşdırıblar. Onların üzərində axtarış apaarılan zaman tərkibində “uranium -238” radioaktiv izotop olan ümumi çəkisi 40,19 qram olan və nüvə madddəsi kateqoriyasına düşən maddə aşkarlanıb.

Müsadirə olunmuş maddə həyat və sağlamlıq üçün təhlükəli sayılır. 

Faktla bağlı DTX-nın Əks-kəşfiyyat Baş İstintaq İdarəsində araşdırma aparılır. 

Saxlanılan şəxsləri 5 ildən 10 ilədək həbs cəzası gözləyir. 

Son xəbərlər

Orphus sistemi