Gürcüstanda dollar kəskin bahalaşdı

Hadisə
  • 13 mart, 2020
  • 13:20
Gürcüstanda dollar kəskin bahalaşdı
pexels.com

Gürcüstanda ABŞ dollarının lariyə münasibətdə bahalaşması davam edir.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanın Milli Bankının martın 14-nə 1 ABŞ dolları dəyərinin 2,9942 lari səviyyəsində müəyyən edib.

Günlük müqayisədə dollar 0,0448 lari bahalaşıb.

Rəsmi məzənnəyə əsasən, avronun da dəyəri artıb. Sabah 1 avronun qiyməti 0,0276 lari artaraq 3,3421 lari təşkil edəcək.

44 filmi