Gürcüstan qriplə mübarizəyə təxminən 4 milyon dollar sərf edəcək

Gürcüstan qriplə mübarizəyə təxminən 4 milyon dollar sərf edəcək Tbilisi. 15 yanvar. REPORT.AZ/ Gürcüstanda mövsümi qripin kəskinləşməsinə qarşı mübarizə hökumətə, təxminən, 10 milyon lariyə (3,7 mln. dollardan çox) başa gələcək.
Hadisə
15 Yanvar , 2019 15:25
Gürcüstan qriplə mübarizəyə təxminən 4 milyon dollar sərf edəcək

Tbilisi. 15 yanvar. REPORT.AZ/ Gürcüstanda mövsümi qripin kəskinləşməsinə qarşı mübarizə hökumətə, təxminən, 10 milyon lariyə (3,7 mln. dollardan çox) başa gələcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenko bildirib.

Onun sözlərinə görə, “Tamiflu” dərman preparatının əhaliyə ödənişsiz verilməsi üçün əlavə olaraq 1 milyon lari xərclənəcək: “Vaksinasiyaya isə, təxminən, 700 min lari vəsait sərf ediləcək”.

Nazir deyib ki, son iki həftə ərzində ölkədə qripə yoluxma hallarında azalma qeydə alınıb: “Azalma tendensiyası müşahidə olunsa da, biz səylərimizi davam etdiririk. Bəzi xəstəxanaların 24 saatlıq iş rejiminə keçməsi yoluxma hallarının azalmasına böyük təsir edib”.

Qeyd edək ki, bu günə qədər Gürcüstanda “donuz qripi” adlandırılan A (H1N1) virusundan 17 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi