Güclü yağışın yaratdığı sel Cəlilabadda bir neçə körpünü uçurub, kəndlərlə əlaqə kəsilib - FOTO

Güclü yağışın yaratdığı sel Cəlilabadda bir neçə körpünü uçurub, kəndlərlə əlaqə kəsilib - FOTO Cəngan kəndində 10 min kilovoltluq elektrik dirəyi yıxıldığından, elektrik enerjisinin verilməsi dayandırılıb
Hadisə
31 Oktyabr , 2015 10:19
Güclü yağışın yaratdığı sel Cəlilabadda bir neçə körpünü uçurub, kəndlərlə əlaqə kəsilib - FOTO

Bakı. 31 oktyabr. REPORT.AZ/ Cəlilabadda ötən gündən fasiləsiz yağan yağış bir neçə kəndi iflic vəziyyətinə salıb. 

"Report" xəbər verir ki, rayon ərazisində ötən gündən yağmağa başlayan güclü yağış hazırda da davam edir. 

Yağışın yaratdığı sel suları nəticəsində rayonun Albalan, Vənlik, Oğrubulaq, Buravar kəndləri çətin duruma düşüb. Həmin yaşayış məntəqələrində sakinlərin təsərrüfatlarına xeyli ziyan dəyib. Çayların daşması nəticəsində bir neçə körpü uçub və kəndlərlə əlaqə kəsilib. Cəngan kəndində 10 min kilovoltluq elektrik dirəyi yıxıldığından, elektrik enerjisinin verilməsi dayandırılıb. 

Axşam saatlarında Göytəpə su anbarında, Mişarçay anbarında təhlükəli vəziyyət yaranıb. Əraziyə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası nəticəsində təhlükə aradan qaldırılıb.

Son xəbərlər

Orphus sistemi