Astara. 17 fevral. REPORT.AZ/ Cənub bölgəsində qar ən az Astara rayonuna yağsa da, güclü külək və şaxtalı hava fəsadlar yaradıb.
"Report"un Cənub bürosunun məlumatına görə, güclü külək nəticəsində hündür ağacları aşıb, rabitə və elektrik təsərrüfatına ciddi ziyan dəyib.
Belə ki, rayon ərazisində elektrik və rabitə dirəklərinin aşması səbəbi ilə kabel və naqillər sıradan çıxıb.
Qəzaların aradan qaldırılması istiqamətində tədbirlər görülür.




