Güclü külək Tovuz və Daşkəsəndə fəsadlar törədib

Güclü külək Tovuz və Daşkəsəndə fəsadlar törədib Evlərin damı dağılıb, elektrik enerjisinin verilişi dayandırılıb
Hadisə
14 Aprel , 2017 22:56
Güclü külək Tovuz və Daşkəsəndə fəsadlar törədib

Tovuz. 14 aprel. REPORT.AZ/ Tovuz rayonunda axşam saatlarından etibarən əsməyə başlayan güclü külək bir sıra fəsadlar törədib.

"Report"un Qərb bürosunun məlumatına görə, nəticədə rayonun bəzi kəndlərində, xüsusilə də, Alakol kəndində bir neçə evin dam örtüyü qismən dağılıb, elektirik enerjisinin verilməsində fasilə yaranıb.

Aidiyyəti qurumlar tərəfindən görülən işlər nəticəsində hazırda enerjinin verilişi bərpa edilib.

Eyni zamanda, Daşkəsən şəhərində də enerjinin verilişində fasilələr yaranıb. Ümumilikdə isə Ağstafa, Tovuz, Şəmkir, Daşkəsən rayonlarında və Gəncə şəhərində küləkli hava müşahidə olunmaqdadır.

Son xəbərlər

Orphus sistemi