Güclü külək səbəbindən Qubada elektrik enerjisi kəsilib, nəqliyyatın hərəkətində problem yaranıb

Güclü külək səbəbindən Qubada elektrik enerjisi kəsilib, nəqliyyatın hərəkətində problem yaranıb Külək rayonda bir sıra fəsadlar törədib
Hadisə
24 Aprel , 2017 05:40
Güclü külək səbəbindən Qubada elektrik enerjisi kəsilib, nəqliyyatın hərəkətində problem yaranıb

Quba. 24 aprel. REPORT.AZ/ Güclü külək Quba rayonunda bir sıra fəsadlar törədib.

"Report"un Şimal bürosu xəbər verir ki, gecə saat 02:50-dən başlayan külək rayonun bir sıra ərazilərində problemlər yaradıb.

Belə ki, küləyin sındıraraq aşırdığı çinar ağacları Quba-Xaçmaz yolunun bir çox hissələrində nəqliyyat vasitələrinin hərəkətinə maneçiliklər törədib. Nəticədə hərəkətdə olan avtomobillər yolda qalmalı olublar.

Bununla yanaşı, Quba rayonuna verilən elektrik enerjisinin də nəqli dayandırılıb. 

Son xəbərlər

Orphus sistemi