Güclü külək Qubada fəsadlar törədib
Hadisə
- 02 sentyabr, 2024
- 09:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Güclü külək şimal bölgəsində fəsadlar törədib.
"Report"un Şimal bürosunun məlumatına görə, Quba şəhərinin 20 Yanvar küçəsində külək iri gövdəli ağacı aşırıb.
Nəticədə ağac "Chevrolet" markalı minik avtomobilinin üzərinə düşüb, maşına ciddi ziyan dəyib.
Həmçinin aşan ağac elektrik xətlərini də qırdığından, Quba şəhərinin bir hissəsinə elektrik enerjisinin verilişi dayanıb.
Hazırda şimal bölgəsində güclü külək davam edir, Xaçmaz, Şabran, Qusar rayonlarının bəzi ərazilərində elektrik enerjisi ilə təminatda fasilələr yaranıb.
Son xəbərlər
22:19
İtaliyanın xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri başlayıb
Xarici siyasət
22:07
Türkiyə COP31-də kompromisə nail olmaq üçün bütün imkanlardan istifadə edib
Region
21:54
ABŞ vətəndaşları elektron sistemlərdə yeni nasazlıqlara hazır olmağa çağırılıb
Digər ölkələr
21:20
"Barselona" "Vilyarreal"ı məğlub edib
Futbol
21:07
Türkiyədə fond bazarındakı böhranla bağlı 600-dən çox şəxs şübhəli bilinir
Region
20:57
Foto
Video
Sumqayıtın 77-ci ildönümü atəşfəşanlıqla qeyd olunub
Daxili siyasət
20:50
"Bavariya"nın futbolçusu növbəti dəfə nevroloji pozğunluq tutması keçirib
Futbol
20:29
Amerikalı nazir: TRIPP layihəsi regionda iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcək
Xarici siyasət
20:21
Prezident İlham Əliyev: Azərbaycan ABŞ ilə əlaqələrin inkişafında maraqlıdır
Daxili siyasət