Güclü külək Ağsuda bir sıra fəsadlar törədib
Hadisə
- 19 mart, 2021
- 02:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən gün axşam saatlarından başlayan güclü külək Ağsu rayonunda bir sıra fəsadlar törədib.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, külək rayonun Heydər Əliyev prospektində iri ağacları aşırıb. Ağaclardan birinin iri qolu piyada səkisinin, digər qolu isə vətəndaşa məxsus çardağın üstünə düşüb.
Şəhərin bir hissəsində, habelə 30 kəndin elektriklə təchizatında fasilə yaranıb. Çaparlı, Daşdəmirbəyli və digər kəndlərdə elektrik naqilləri qırılıb, bəzi evlərin dam örtüyünə, talvara ciddi ziyan dəyib. Hazırda elektrik enerjisinin bərpası ilə əlaqədar 2 briqada çalışır. Şəhərdə, eləcə də kəndlərdə baş vermiş fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Son xəbərlər
00:47
Türkiyədə Özcan Dəniz və daha 34 nəfər narkotik istintaqı çərçivəsində saxlanılıb
Region
00:40
Rezai: İran blokadanı yarmaq və yeni təcavüzə cavab vermək əzmindədir
Region
00:26
Kostanyan: Türkiyə və Azərbaycanla qarşılıqlı əlaqə Ermənistanın enerji sisteminin dayanıqlığını artıracaq
Region
00:00
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Daxili siyasət
23:56
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
Digər ölkələr
23:26
Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq
Region
23:20
İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 mlrd dollar itirib
Digər ölkələr
23:13
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
Xarici siyasət
23:11
Foto
Azərbaycan və Gürcüstan XİN rəhbərləri regional əməkdaşlığı müzakirə ediblər - Yenilənib - 2
Xarici siyasət