Yuxarı
    Bağlamaq

    ​"Grand Motors" apellyasiya şikayəti verib

    Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası martın 29-na təyin edilib

    Bakı. 28 mart. REPORT.AZ/ "Grand Motors" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) "Unileasing" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) iddiası əsasında çıxarılan məhkəmə qərarından apellyasiya şikayəti verib.

    “Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası martın 29-na təyin edilib.

    İşə hakim Sərvət Hüseynovun sədrliyi ilə baxılacaq.

    Qeyd edək ki, ötən il "Unileasing" QSC "Grand Motors" MMC-ni məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən lizinq şirkəti daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı təmin edib. Qərardan narazı qalan MMC apellyasiya şikayəti verib.

    Xatırladaq ki, bir neçə il əvvəl "Unileasing" "Grand Motors" şirkəti ilə birgə "New Holland" italyan şirkəti ilə ümumi dəyəri 3,2 milyon ABŞ dollarından artıq olan müqavilə bağlayıb.

    Qeyd edək ki, "Unileasing" QSC 2004-ci ildə "Unibank" və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən təsis olunub.

    "Grand Motors" isə 2005-ci ildə təsis edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi